Vaxt çox tez keçir və YARAT Dostlar platformasının 3-cü mövsümünün sonu yaxınlaşır. Növbəti ilin yekunlarını müzakirə etmək üçün platforma üzvləri  Elportalon İspan restoranında toplaşacaqlar. Maraqlı bir proqramdan və sənətçi Şilpa Gupta ilə görüşdən əlavə, sizi ispan üsullu dadlı furşet və soyuq içkilər gözləyir. Platformaya qoşulmaq və tədbirdə iştirak etmək istəyirsinizsə, [email protected] ünvanına elə indidən öz müraciətlərinizi göndərin.