Nə olmadan İrina Şeyk  günə başlamır, detoks kokteyl əvəzinə Cenifer Lourens nə istifadə edir, Ancelina Coli və Eva Qrin saçlarının  gözəlliyini nəyə borcludurlar, Kristen Stuart nədə qənaət edir və Meqan Marklın çantasında hansı sadə gözəllik vasitəsi var. Sizi müflis etməyəcək sirlərlə bölüşürük. 

Məşhurların gözəlliklə bağlı müsahibəsini oxumağa başlayanda çox bahalı, lux markalı gözəllik vasitələrindən söhbət gedəcəyini düşünürsünüz. Bütün bunlar nağıldır. Məşhurlar adətən çox da baha olmayan layfxaklardan istifadə edirlər hansindan ki siz də istifadə edə bilərsiniz.

Meqan Markl və Çay ağacı yağı

 
Şahzadə Harrinin həyat yoldaşı deyir ki, çay ağacının efir yağı həmişə əlimin altında olan vasitədir. Ancaq onunla mən özümü rahat hiss edə bilərəm çünki  sızanaqlar əleyhinə və yağlı dərinin parıltı  probleminə çay ağacı yağından yaxşı vasitə tanımıram – Megan deyir. O yağı gündəlik kreminə qarışdırır və yaranmış sızanağa çəkir. Problemli dəri üçün olan vasitələrin əsas komponenti çay ağacı yağıdır. O 99.9 % bakteriyaları məhv edir. Nəyə görə onu təmiz halda istifadə etməyək? Megan kimi.
 

Miranda Kerr və itburnu yağı

 
Daha bir təbii yağın pərəstişkarı -supermodel və məşhur brendin “mələyi” Miranda Kerrdir. Bir neçə il bundan öncə o itburnu yağının  dəri çatlarına yaxşı təsir etdiyini öyrənəndən sonra ona  aşiq olub. Miranda kosmetoloqla məsləhətləşib və öyrənib ki, itburnu dənələrinin tərkibində qırışların əmələ gəlməsini və qocalmanın qarşısını alan  təbii antioksidantlar var. Axşamlar o üzünü təmizlədikdən sonra krem əvəzinə itburnu yağı çəkir. Mən oyananda isə dərim hamar və parlaq olur – müsahibəsində Miranda etiraf edib.

Kristen Stuart və ucuz göz qələmi

Şanel brendinin siması  qırmızı xalıdan kənarda makiyaj üçün lazım olan vasitələri və dəriyə qulluq vasitələrini özü alır. O baha olmayan dükanlara girir və ucuz göz qələmi alır. Bu cür qələmlərin içi yumşaq olur ona görə də Kristen onu yaymaq üçün əlavə vaxt sərf etmir.

Huda Kattan və pambıqlı çöplər

Ulduzların vizajisti  və gözəllik blogeri Huda Kattan salon prosedurlarına və bahalı kosmetik vasitələrə özü alternativ və baha olmayan vasitələr düşünür.  Məsəlçün o qara ləkələrçün olan yapışqanların əleyhinədir onun əvəzinə o PVA yapışqanı işlədir. Pambıqlı çöplərlə isə kipriklərə həcm verir və sonra mascara istifadə edir, effekt gözalıcı.