Yuukai Sky Lounge-un açılış mərasimi

“Yuukai Sky Lounge”un açılış mərasimi Bilgah Beach otelində 20 iyul tarixinidə baş tutacaq.
Bilgah Beach otelinin 17-ci mərtəbəsində yerləşən Yuukai Sky Lounge öz formatını dəyişir. Bura artıq təkcə füsunkar mətbəxi olan Asiya restoranı deyil, həmçinin klub istirahəti sevənlər üçün uyğun olan modern gecə məkanıdır. Restoranın hal-hazırki stilistikası həm dostlar ətrafında eleqant şam yeməyi yeməyə, həm də klub industriyasının ən gözəl ən-ənənəsi formatında tam dincəlmək istəyənlərə uyğundur. Hər iki seqmentin ziyarətçilərinin rahatlığını düşünərək bizim məkan tam dincəlmək üçün ən yaxşı şərtlər təklif edir – əla mətbəx, pivə və pivə məzələrinin geniş seçimi və kokteyllərin hər ağız dadına uyğun növləri, canlı musiqi və həmçinin Azərbaycanın ən parlaq House və R&B DJ-ləri çıxış edən canlandırıcı şənliklər. Yuukai Sky Lounge – bura göyə yaxın olmaq istəyənlər üçündür və ən tələbkar qonağı belə sevindirməyə qadirdir.

20 İyul Sizi gözləyir:

Leyla Məmmədovanın ifasında canlı musiqi
Saksofonçu Nicat Məsimov sizin əhval-ruhiyyənizi cazz sədaları ilə dolduracaq
DJ Ruller monoton klub səslənməsinə xas olmayan house elementlərinin improvizasiyasına dalmağa kömək edəcək.

Yuukai Sky Lounge – a gəlin və yeni imkanları və mükəmməl keyfiyyəti qiymətləndirin!