Ağ rəng qış fəslindən bəri populyarlığı  ələ alıb, sonra isə demək olar ki özünü dəbli sayan hər kəs moda həftələrində ağ geyimlərdən istifadə etməyə başladı.  Bu trend yaz-yay fəslində də özünə yer tapdı və dizaynerlərin kolleksiyalarına baxarkən bunun hələ uzun müddət davam edəcəyi ehtimal olunur. Bu il ağ rəngli nələri seçməyi və necə istifadə etməyi indi sizə  deyəcəyik . 

Çanta 

Dərsimizi ən sadə olandan başlayaq. Ev tapşırığını qeyd edin: Ağ rəngin istənilən çalarında ideal bir  çanta tapmaq. Bu istənilən tipdə çanta ola bilər. Əsas odur ki onu həmin rəng ayaqqabı ilə kombin edəsiniz. 

Ayaqqabı

Ağ ayaqqabı  – 2018 in əsas trendidir. Ağraəngdə olan istənilən ayaqqabı növündən- espadril, uzunbogaz çəkmə, kross və s istifadə edə bilərsiniz. Seçim sizindir. 

Don

Ağ gözəl donla hamını kölgədə qoymaq üçün öz toyunuzu gözləmək lazım deyil. İndi midi modellər xırda güllərlə aktualdır,  vəya xalxal və ya xırda vişnələr.