Fevralın 13-ü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Aşıq Qərib” operası tamaşaçılara təqdim olacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Tarix: 13 Fevral, 19:00
Məkan: Opera və Balet Teatrı
Bilet: 11-16 AZN
Əlaqə: (+994 12) 493 31 88

BİLET ALMAQ

Təbriz sakini Rəsula yuxuda Tiflisli xoca Sənanın qızı Şahsənəm buta verir. Rəsul səhər ayılıb yuxunun təsiri ilə oxumağa başlayır. Heç nədən xəbəri olmayan ana, bacı, qonşular ondan niyə belə oxuduğunu soruşurlar. Məlum olur ki, Rəsul bir gözəlin eşqilə Tiflisə getməlidir. Ona mane olmaq istəyirlər.Lakin Rəsulun fikri qətidir.