Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli fərdlər” konqresi keçiriləcək. Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq:

Autizm spektr pozuntusu; 2) Diqqət çatışmazlığı və Hiper-aktivlik sindromu; 3) Turett sindromu; və 4) Daun sindromu.

Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynləri, eləcə də öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.

Konqresin təşkilatçıları qismində peşəkar tədbirlərin aparıcı təşkilatçısı – “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı və Edutainment.az təhsil strukturu çıxış edir.

Konqresdə iştirak etmək üçün linki (https://ferqliferdler.az/az-home.html) istifadə edərək qeydiyyatdan keçib elektron biletinizi əldə edə bilərsiniz.

Facebook Event:  https://www.facebook.com/events/851638141834857/

Təşkilatçılar ilə əlaqə:  [email protected]; +994 12 447 47 74