21 Aprel Akademik Milli Dram Teatrın səhnəsində “ Almaz” tamaşası nümayiş olunacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Tarix: 21 Aprel, 19:00
Bilet: 6-10 AZN
Məkan: Akademik Milli Dram Teatrı
Əlaqə: (+994 12) 596 26 47

BİLET ALMAQ

C. Cabbarlı “Almaz” “Almaz” əsəri keşmiş Sovet ideyalogiyasına, kolxoz quruculuğuna həsr olunmuşdur. Almaz XIX əsrdə uçqar Azərbaycan kəndində yoxsul kəndli ailəsində doğulmuş, Sovet dönəmində Bakıda müəllimlik dərsi oxuyaraq, yenidən öz kəndinə qayıtmış gənc qızdır. O, öz doğma kəndində müəllimlik edərək, keçmişlə mübarizə edir. Keçmişin qalıqları Almazı qəbul etmirlər. Əsər kolxoz hərəkatına həsr olunsa da, Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun quruluşunda “Almaz” tamaşası kolxoz hərəkatına yox, yeniliklə köhnəliyin mübarizəsinə həsr olunub. Almaz tamaşasında baş qəhrəman güclü düşmənlərlə bacarmır, qələbə çala bilmir, lakin bu mübarizə onu həyatda daha mübariz olmağı öyrədir.