Sizi “Bahar Xeyirxahlıq Yarmarkası – 4” xeyriyyə layihəsinə dəvət edirik. Tədbir 18-19 may, saat 12.00-dən 18.00-dək beşulduzlu “Pullman Baku ” lüks oteldə keçiriləcək. Vaxtınızı əsirgəməyib, bazar günlərini ailənizlə rahat terraslarda və yaşıl qazonlarda keçirin. Övladlarınız burda doyunca əylənə və arzuladıqları halda “Bahar Xeyirxahlıq Yarmarkası – 4” aksiyasının dördayaqlı qonaqları ilə oynaya bilər. 

Açıq havada heyvanların paylanması sərgisi sizə ev heyvanı seçməkdə yardımçı olacaq. Sizin ixtiyarınıza ev və qayğıkeş sahib axtaran itlər və pişiklər veriləcək. Siz tədbir zamanı təkcə onlarla ünsiyyət qurmayacaq, həm də ürəyiniz istədiyiniz heyvanı özünüzlə evə götürə biləcəksiniz. 

Sizi bütün tədbirlərimizdə istedadılı əl işləri ustalarının sayəsində hökm sürən unudulmaz yaradıcı ab-hava gözləyir. Siz özünüzü və yaxınlarınızı əl işi olan qeyri-adi hədiyyələr, zərif zinət əşyaları və suvenirlərlə sevindirə bilərsiniz. 
Üstəlik sizi içkilər və “Pullman Baku ” otelinin şirniyyatları gözləyir. 

Layihədə əldə olunmuş vəsaitin bir hissəsi sahibsiz heyvanlara yardıma sərf olunacaq. Bizi dəstəkləməyə, kiçik qardaşlarımıza kömək etməyə və vaxtınızı maraqlı keçirməyə gəlin!!! 
Sizi səbirsizliklə gözləyirik!!!