
12.04.2019 tarixində, saat 19:00-da Kapellhaus-da (28 May küç. 35) Bakıdakı Göte mərkəzinin təşkilatçılığı ilə “Kukla evi” adlı qrup sərgisinin açılış mərasimi keçiriləcəkdir. Açılış mərasimində iştirak yalnız dəvət əsasında mümkündür.
Sərginin giriş saatları 13.04.-18.05.2019 tarixlərində, həftənin çərşənbə – bazar günləri, saat 13:00-19:00. Giriş sərbəstdir!
Sərginin adı 1879-cu ildə Henrik İbsen tərəfindən yazılmış bir pyesdən götürülmüşdür. Dram əsəri həmin dövrdə Norveçdə öz bacarıqlarını göstərmək və reallaşdırmaq üçün çox az imkanları olan evli bir qadının taleyindən bəhs edir.