Teatr

16 İyun Gənc Tamaşaçılar Teatrın səhnəsində “Hasarın o üzü” tamaşası nümayiş olunacaq. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Tarix: 16 İyun, 19:00
Bilet: 8 AZN
Məkan: Gənc Tamaşaçılar Teatrı
Əlaqə: (+994 51) 466 23 80

BİLET ALMAQ

Əli Əmirli. “Hasarın o üzü” Quruluşçu rejissor – Bəhram Osmanov Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət xadimi “Hasarın o üzü” fəlsəfi adı ilə hazırlanan tamaşada əslində Ali Qüdrətin insanlardan tələb etdiyi mənəvi saflıq, insanpərvərlik kimi gözəl bəşəri duyğular tərənnüm olunur. Allaha tapınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir. Tamaşanın musiqi dramatirgiyası, işıq effekti diqqəti cəlb edir. Belə bir fonda gözəl aktyor ifası vardır.