Sərgi 3 gün davam edəcək. 4-6 fevral tarixlərində istənilən hər kəs gəlib sərgidə iştirak edə bilər. Giriş sərbəstdir. Bu rəssamın sayca ilk fərdi sərgisidir. Sərgidə Mənsumə Ələkbərin 7 ay ərzində ərsəyə gətirdiyi 50-yə yaxın əsəri sərgilənəcək. Əsərlər impressionizm üslubunda olub kətan üzərində yağlı boya ilə işlənmişdir. Rəssamın ən böyük arzusu öz çəkib yaratdığı əsərləri ilə insanlarda xoş təəssürat yaratmaq, onları bir azda olsa rutin həyatdan ayırıb daxili əhvalı yüksəldə bilməkdir.

 Mənsumə Ələkbər 1993-cü ildə dünyaya gəlib. Daha uşaq yaşlarından rəssamlığa marağı olan bu xanım ilk öncə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecində təhsil almış, sonra təhsilini davam edərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rənkarlıq” ixtisasına yiyələnmişdir. Hələ tələbə vaxtlarından bir çox yerli və Beynəlxalq sərgilərdə əsərləri nümayiş olunub. Əsərləri yerli və bir çox xarici kolleksionerlərin şəxsi kolleksiyalarında saxlanır. Çoxsaylı rəsm müsabiqələrin qalibi və iştirakçısı olmuşdur. 02.02.2020-ci il tarixindən Rəssamlar İttifaqının gənc üzvüdür. Hal-hazırda şəxsi emalatxanasında fəaliyyət göstərir.

Artis Saloon, Heydər Əliyev pr.64 (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yaxınlığı) 
051-555-56-57 Nərgiz
050-603-93-09 Mənsumə