27 Mart Gənc Tamaşaçılar Teatrın səhnəsində “Cəza” tamaşası nümayiş olunacaq. Biletləri şəhərin kasslarından əldə edə bilərsiniz.

Tarix: 27 Mart 19:00
Bilet: 10 AZN
Məkan: Gənc Tamaşaçılar Teatrı
Əlaqə: (+994 51) 466 23 80

BİLET ALMAQ

“Cəza” (tək adamlıq psixoloji oyun) T.Vəliyeva Ən böyük cəza insanın özü-özünü cəzalandırmasıdır. Ömrünün ən yetkin, ən məsuliyyətli anında bir qadın başqasını sevir… Amansızcasına, ümidsizcəsinə sevir və yeni həyat başlayacağına ümid edir. Körpələrini də unudur, həyat yoldaşını da, evini, məsuliyyətini… Hər şeyi unudur. Çünki, sevir. İnsan yaşadığı deyil, umduqlarını, gözlədiklərini istəyəndə fəlakət başlayır. Ümid sabahı açmaq üçün açardır. Amma ümid həm də ölümün kölgəsidir. Ümid bitən anda faciə başlayır. Çünki… Uşaqlarından qoparılan ana… ətrafında ot belə bitməyən qurumuş ağac kimidir. Bir yol qalır – intihar. İntihar isə qəbuledilməzdir. 15 il ərzində hər gün intihar.