12 Mart, 19:00-da ADO teatrın səhnəsində Göydən 3 Banan Düşdü tamaşası nümaiş olunacaq

Tamaşa haqda: Bəzən düşüncələr insanı heç vaxt ağlına gətirmədiyi yerlərə apara bilər. Bəzən də çıxış yolu düşüncələrdəki tabuları yıxmaqdan keçir. Qəhrəmanımız isə ən ağılasığmaz burulğanlardan keçəcək. Hətta nağıllara qədər gedib çıxacaq… Tamaşada Azərbaycan nağıllarının motivlərindən, eyni zamanda milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub. Bütün bunlar qarabasmadır?..

Quruluşçu rejissoru və müəllifi: Elmin Bədəlov

Rəssamı: Leyla Quliyeva

Rollarda: Elgün Həmidov, İskra Tarrant, Sabir Vol Məmmədov, Kamran Muradlı

 

Tarix: 12 Mart, 19:00
Bilet: 10 AZN
Ünvan: Mirzəağa Əliyev küçəsi 245
Əlaqə: +994 12 594 83 85, +994 50 394 48 64

BİLET ALMAQ