Dənizkənarı bulvarda “Reduce, Reuse, Recycle, Respect” adlı sərgi iyunun 10-dan avqustun 1-nə kimi ziyarətçilər üçün açıq olacaq.
 
Sərginin nümayiş olunduğu müddətdə 5–15 yaş arası uşaqlar üçün ustad dərsləri keçiriləcək. Ekskursiyalar ərzində uşaqlar tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında dolğun məlumat alacaqlar.